Ərdoğan Respublika Günü ilə bağlı Tvitterdə təbrik yazdı – FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 101-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Prezident iki dildə yazdığı təbrikini tvitter vasitəsilə çatdırıb.
Məktubda deyilir:
“Azərbaycan Cumhuriyyətinin yaranmasının 101-ci il dönümünu səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”.
(publika.az)