Şb. Sen 21st, 2019

“Arsenal” azarkeşləri Bakıda “Mxitaryan” yazılan köynəkdə gəzirlər – VİDEO

İngilis mediasında iki “Arsenal” azarkeşinin kürəklərində 7 nömrə və “Mxitaryan” yazılmış maykalarda Bakı bulvarında gəzdiklərini əks etdirən video yayılıb.

Turkustan.info-nun məlumatına görə, videodan görünür ki, Azərbaycan polisi əcnəbilərə yaxınlaşır və “Arsenal” azarkeşlərindən dayanmağı xahiş edir. Ratsiya ilə harasa məlumat verəndən sonra asayiş keşikçisi qonaqlara bildirir ki, onlar öz yollarına davam edə bilərlər.

Bakı polisindən Britaniya nəşri The Sun-a bildiriblər ki, qanun keşikçiləri həmin azarkeşlərin təhlükəsizliyindən narahat olublar, çünki maykalarındakı yazı yerli sakinləri onlarla münaqişəyə çəkə bilər…

Britaniya nəşri yazır ki, “Ola bilsin, polislər azarkeşləri dayandıraraq onlara məhz bunu izah etmək istəyiblər”.

Paylaş: