Bz. Avq 25th, 2019

Bakıda ingilis azarkeşlər arasinda İLK DAVA – Xəsarət alanlar var

Dünən axşam saatlarında paytaxtın Malakan bağında “Çelsi” azərkeşləri ilə “Arsenal” azərkəşləri arasında mübahisə düşüb. Nəticədə, “Çelsi” azərkeşlərindən biri (Anderson Çels) xəstəxanaya çatdırılıb.
Turkustan.info xəbər verir ki, faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a təsdiqləyib.
O bildirib ki, çağırış daxil olan kimi hadisə yerinə təcili yardım briqadası yollanıb. Zərərçəkmiş təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, orada yaralıya ilkin yardım göstərildikdən sonra o, Mərkəzi Klinik Xəstəxanasına keçirilib. Vəziyyəti orta ağırdır. Həyatı üçün təhlükə yoxdur.
Futbola baxmağa gələn Rusiya vətəndaşı 41 yaşlı Zaur Məmmədov Bakının mərkəzində yerləşən “pub”lardan birində baş verən qarşıdurma zamanı xəsarət alıb. Təcili tibbi yardım briqadası sifətin küt travması diaqnozu ilə müraciət edən zərərçəkmişə yerində yardım göstərib.  /AZXEBER.COM/

Paylaş: