Ca. Avq 22nd, 2019

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Turkustan.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada Londonun “Arsenal” və “Çelsi” klubları mübarizə aparacaq.

Bakı vaxtı ilə 23:00-da başlayacaq oyunu Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

Bu qarşılaşma hər iki komanda üçün xüsusi önəm daşıyır. “Zadəganlar” bu mövsümü titulla başa vurmaq istəyir, “topçular” isə yalnız Avroliqanın qalibi olmaqla növbəti mövsüm Çempionlar Liqasında çıxış edə biləcək.  /Oxu.Az/

Paylaş: