Bz. Avq 18th, 2019

Şuranın dəstətilə “Aşıq Pəri sazın sözün zirvəsində” adlı konsert təşkil edilib

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi ““Aşıq Pəri sazın sözün zirvəsində” adlı konsert proqramının təşkili” layihəsini icra edir.
Layihə çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı keçrilib. 
Konsert proqramını filologiya üzrə fəlsəfə doktoru, dossent İlhamə Qəsəbova açaraq “Aşıq Pəri sazın sözün zirvəsində” konsert proqramının təşkilinin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib. Bildirib ki, ustad xanım aşıqlarla yanaşı gənc xanım aşıqların iştirakılə keçrilən bu konsertin məqsədi Azərbaycanın qədim el sənəti olan aşıq sənətinin  nümayyəndələri olan xanım aşıqların təbliği və tantımıdır. Bu layihəyə maliyyə dəstəyi verdiyinə görə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov və Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Altay  Məmmədov çıxış ediblər.
Sonra tanımmış ustad aşıqlar Gülarə Azaflı, Solmaz Kosayeva, Gözəl Kəlbəcərli,  Kəmalə Qubadlı,  Rəfiqə  Göyçəli, Kifayət Nəbiyeva, Ərkinaz Eşqin ilə yanaşı gənc aşıqlar Xəyalə Qəribqızı, Əfsanə Kərimli, Göyçə Ömürlü, Nazənin Lerikli, Xavər Zəngilanlı və İlahə Gədəbəylinin ifasında aşıq musiqisi ifa olunub və  tanınmış şairələr Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı, Səadət Buta, Südabə İrəvanlı, Təbrizə Pünhan, Nuranə Təbriz, Fatimə Vəfa və Aynur Qafarlı tərəfindən şerlər səsləndirilib. 
Xatırladaq ki, ““Aşıq Pəri sazın sözün zirvəsində” adlı konsert proqramının təşkili” layihəsi çərçivəsində dünyasını dəyişmiş ustad xanım aşıqların yaradıcılığından bəhs edən kitabın nəşridə nəzərdə tutulub.

Paylaş: