C. Noy 22nd, 2019

Türkiyə gözəli Məsut Özilə görə Bakıya gəldi – FOTO

“Miss Turkey – 2014”ün qalibi, aktrisa və model Amine Gülşe UEFA Avropa Liqasının final oyununda sevgilisini dəstəkləmək üçün paytaxtımıza gəlib. 

Turkustan.info xəbər verir ki, Amine “Instagram” hesabının “tarix” bölməsində “Arsenal”ın məşhur futbolçusu Mesut Özil üçün Azərbaycana gəldiyini bildirib.

O, “Çelsi” və “Arsenal” qarşılaşmasında Mesuta uğurlar arzu edib.

Mesut Özil isə “Instagram” səhfəsində Emine ilə fotosunu paylaşaraq ona təşəkkürünü bildirib:

“Mənimlə birlikdə Bakıya gəldiyin üçün təşəkkürlər, sevgilim!”

Qeyd edək ki, bu gün axşam saatlarında Bakı Olimpiya Stadionunda çoxdandır gözlənilən “Çelsi” və “Arsenal” qarşılaşması baş tutacaq. 

/Oxu.Az/

Paylaş: