Ça. Okt 22nd, 2019

Azərbaycanın 3 universitetinin diplomları Türkiyədə tanınmır? – Rəsmi CAVAB

“Bakı Mühəndislik Universitetinin, Odlar Yurdu Universitetinin və Gəncə Texnologiya Universitetinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı məlumatlar hələlik dəqiqləşdirilməmiş informasiyadır” .

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, bu barədə Türkiyə tərəfindən rəsmi məlumat daxil olmayıb:

“Hansısa universitetlərin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı rəsmi məlumat yoxdur. Əgər belə bir şey olarsa, biz bunu araşdıracağıq. Ən azı biz hər bir Azərbaycan universitetinin, xüsuilə də dövlət universitetlərinin verdiyi təhsilə inanırıq. Əgər anlaşmazlıq olarsa, nazirlik bu problemi aradan qaldıracaq”. (modern.az)

Paylaş: