Ca. Dek 12th, 2019

Qaydalar sərtləşdirildi: Gürcüstanda yaşamaq istəyənlər…

Gürcüstan parlamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” haqqında qanuna dəyişikliklər edib.

Turkustan.info Azərtac-a istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında qəbul olunan dəyişikliklərdə əcnəbilərin Gürcüstanda yaşayış icazəsi alması qaydaları sərtləşdirilib.

Yeni qaydalara əsasən hər hansı bir xarici ölkə vətəndaşı Gürcüstanda bir illik müddətə yaşayış icazəsi almaq üçün dəyəri 100 min ABŞ dollarından çox olan daşınmaz əmlaka sahib olmalıdır (indiyədək bu məbləğ 35 min dollar təşkil edib).

Əcnəbi daşınmaz əmlakı satacağı və ya digər şəxsə verəcəyi təqdirdə, müvəqqəti yaşayış icazəsi haqqında sənəddən məhrum ediləcək.

Gürcüstanda yaşayış icazəsinin alınması üçün investisiyaların minimal həcmi də artırılaraq 300 min dollar həcmində müəyyən olunub (əvvəl isə 300 min lari olub).

Yaşayış icazəsi haqqında sənəd 5 illik müddətə təqdim olunacaq.

Əcnəbi vətəndaşa illik dövriyyəsi lari ekvivalentində 120 min dollar təşkil edəcəyi halda da 5 illik yaşayış icazəsi veriləcək.

Müzakirələr zamanı bildirilib ki, qanunun sərtləşdirilməsinin əsas məqsədi maliyyə çətinlikləri olan xarici ölkə vətəndaşlarının Gürcüstana kütləvi axınının qarşısını almaqdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Paylaş: