Şb. Dek 14th, 2019

“28 May” stansiyasında DƏHŞƏT – Bir nəfər qatarın altına düşdü

Metronun “28 May” stansiyasındakı olaya aydınlıq gətirilib.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, qatarın altına düşən şəxs 54 yaşlı qadındır. 

Onun sözlərinə görə, qadın intihar məqsədilə özünü qatarın altına atıb: “Vəziyyəti yaxşıdır, sadəcə ayağında axsama var. Hazırda həkimlər hadisə yerində ona yardım edirlər”.

B.Məmmədov bildirib ki, qatarların hərkətində 10 dəqiqəlik gecikmə yaranıb. Saat 09:45-də hərəkət bərpa olunub.

***

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında bir nəfər naməlum şəxs hərəkətdə olan qatarın altına düşüb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib:

“Hadisə 09:35 radələrində baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb”.

B.Məmmədov deyib ki, hazırda şəxsin qatar yolundan çıxarılması həyata keçirilir:

“Hələlik onun kimliyi bilinmir. Həmçinin, onun təsadüfən, yoxsa intihar məqsədilə özünü qatarın altına atdığı da məlum deyil. Ətraflı məlumat veriləcək”.

Paylaş: