Be. Avq 19th, 2019

ABŞ və Almaniyanın Türkiyə sərhədlərində SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI: əsl məqsədləri…

ABŞ-ın Suriyanın şimalında qurmağı planlaşdırdığı təhlükəsiz bölgəyə Almaniyanın “Tornado” döyüş təyyarələri nəzarət edəcək.

Bu iddia “Der Spiegel” dərgisində yer alıb.

Xəbərə görə, Vaşinqton Almaniyadan Fərat çayının şərqində qurulacaq və Türkiyənin sərhəd təhlükəsizliyini təmin edəcək bölgə üçün hava müdafiəsi tələb edib.

Alman hökuməti isə “İncirlik” bazasından İordaniyaya göndərilən “Tornado” döyüş təyyarələrini Suriyaya yerləşdirməyə hazır olduğunu bildirib.

Dərginin məlumatına görə, bu barədə ABŞ dövlət Departamentinin rəhbəri Mayk Pompeonun Berlinə səfəri əsnasında Almaniya Xarici işlər naziri Heyko Maas və kansler Angela Merkel ilə görüşündə razılıq əldə olunub.

İddia edilir ki, ABŞ və Almaniyanın bu addımının əsl məqsədi PKK-nın Suriya qolu olan YPG və PYD-ni Türkiyə ilə yanaşı Əsəd rejiminin hücumlarından qorumaqdır. (publika.az)

Paylaş: