Be. Avq 19th, 2019

Deputatdan SENSASİON ÇAĞIRIŞ: Snayperlə Paşinyanı vurun

“Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”.

Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.

O, snayperlərə müraciətində bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan işğal edilən Azərbaycan ərazilərinə, cəbhə xəttinə gələrsə, onu məhv etsinlər: “Snayperlərdən xahiş edirəm ki, Paşinyanı vursunlar. Ermənistan yeni baş nazir tapar. Elə Ermənistan müdafiə naziri də işğal edilən Azərbaycan ərazilərinə gələrsə, onu vursunlar. Zabitimizin qanı yerdə qalmasın. Ermənistan bilməlidir ki, belə təxribatçı addımların cavabı sərt şəkildə verilir”. (publika.az)

Paylaş: