Şb. Dek 14th, 2019

Bu dondurmaları ALMAYIN! – XƏBƏRDARLIQ edildi

Yay fəslinin gəlişi dondurma satışında canlanmaya səbəb olub.

Demək olar ki, bütün mağazalarda dondurma satılır. Müxtəlif ad və çeşiddə olan dondurmaların keyfiyyəti isə alıcıları hər zaman düşündürən məsələlərdəndir.

Turkustan.info bildirir ki, bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirib ki, hələlik dondurma sahəsi ilə bağlı istehlakçılardan şikayət daxil olmayıb:

“2011-ci ildə ABŞ İnkişaf Agentliyi AİB-ə müraciət edərək, Azərbaycanın istehlakçılarının qida təhlükəsizliyi nişanının tətbiq edilməsini təklif edib. Təşkilatın apardığı monitorinqlər nəticəsində dondurma istehsal edən yalnız bir şirkətə bu nişan təqdim olunub. Dondurmaların keyfiyyəti ilə bağlı nəzarətə cavabdeh qurum Qida Təhlükəsizliyi Agentliyidir. Agentliyin apardığı monitorinqlər şəffafdır və nəticələrlə bağlı daim ictimaiyyətə məlumat verilir. Bütün hallarda vətəndaşlar dondurma alarkən bir sıra amillərə diqqət etməlidir.

Kağızı əzilmiş dondurmaları almayın.

Dondurmanın dadı acılıq verirsə, deməli, onun tərkibində standartlara uyğun olmayan əlavələr var. Bu o deməkdir ki, dondurma hazırlanarkən standartlara əməl edilmir, kərə yağı əvəzinə marqarin yağından istifadə olunur. Eyni zamanda, satışdakı dondurmaların kağızları əzilibsə, alıcılar bu dondurmanı almamalıdır. Çünki kağızı əzilmiş dondurma istilik təsirinə məruz qalır və yenidən dondurulur. Belə dondurmalar artıq təhlükəli və çirklənmiş hesab olunur. Dondurmanın buraxılma tarixinə, istehsalçının adı və ünvanına, məhsulun adına, qida əlavələri daxil olmaqla tərkibinə, xalis kütləsinə, yararlılıq müddəti və saxlanma şərtlərinə və.s kimi keyfiyyətlərinə fikir vermək lazımdır. Bir gündə dondurmanı 300 qramdan artıq yemək məsləhət görülmür.

Xarici ölkələrdən gətirilən dondurmaların təmizliyi sual altındadır.

Azərbaycanda yerli istehsalla yanaşı, digər ölkələrdən gətirilən dondurmalar da satılır. Ölkəmizə dondurmalar əsasən, Rusiya, Türkiyə və İrandan gətirilir. Alıcılara tövsiyə edərdim ki, yerli mallara daha çox üstünlük versinlər. Çünki yerli mallar ekoloji cəhətdən daha təmizdir”.

AİB sədri bildirib ki, dondurmaların satış şəbəkəsində 20 gün, anbarlarda isə mənfi 10 dərəcədə 6-7 ay saxlanıla bilər.

Paylaş: