Bz. Dek 15th, 2019

“İran dörd tankerə ona görə hücum etdi ki, neft bahalaşsın…” – ŞOK AÇIQLAMA

ABŞ dövlət katibi Maykl Pompeo Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyi sahillərində 4 neft tankerinə hücumun İran tərəfindən törədildiyinə əmindir.

Xarici KİV xəbərlərinə görə, Pompeo İranın bununla dünya bazarlarında nefti bahalaşdırmağı hesabladığını deyib.

“Dörd tankerə hücum dünya bazarında neftin qiymətinin artmasına səbəb olmalıydı”,-Pompeo bildirib.

Xatırladaq ki, həmin hücumda ikisi Səudiyyə Ərəbistanına aid olmaqla 4 neft tankeri ciddi zədələnib. Hücumun sualtı minalarla törədildiyi bildirilir. Hadisədən bir neçə gün sonra ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton hücumu İranın törətdiyini açıqlayıb. Bolton bildirib ki, hücumda İranın iştirakına dair sübutları BMT-yə təqdim etməyə hazırdır. İran isə bu hücumda hər hansı iştirkını qəti təzib edir.

Tankerlərlə hücumdan sonra doğrudan da dünya bazarlarında neftin qiyməti artıb və 74 dollara çatıb. Lakin sonradan qiymət enməyə başlayıb. Dünən mayın 30-da  isə neftin qiymətində kəskin eniş baş verib, “Brent” markalı neftin bir barreli gün ərzində 6 faizdən çox ucuzlaşaraq 65 dollara yaxınlaşıb.

Ucuzlaşma bu gün mayın 31-də də davam edir və səhər saatlarından etibarən “Brent” markalı neftin bir barrelinin qiyməti daha 3 faiz aşağı düşüb. Saat 13.30-a olan məlumata görə neftin bir barreli 63 dollara yaxındır. Bu isə son bir həftədə az qala 10 dollar ucuzlaşma deməkdir. (virtualaz.org)

Paylaş: