Be. Avq 19th, 2019

“Köçkünlərdən ibarət mobil qüvvələr yaradılsın” – Deputatdan TƏKLİF

“Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində müəssisələr, obyektlər tikirlər. Bunun qarşısının alınması yolları var”.

Bunu bu gün Milli Məclisin plenar iclasında deputat Fərəc Quliyev bildirib.

F.Quliyev deyib ki, Azərbaycanın güclü ordusu olsa da, hər məsələni ordu ilə həll etmək mümkün deyil:

“Ermənilərin işğal olunmuş ərazilərdə müəssisələr, obyektlər yaradır. Həmin obyektlərin fəaliyyətinin qarşısını almaq üçün mobil qüvvələr yaradılmalıdır. Bu mobil qüvvələr könüllü, ərazini tanıyan məcburi köçkünlərdən ibarət olmalıdır.

Belə mobil qüvvələrin yaradılması üçün vəsait ayrılmalıdır. Biz ermənilərin bu təxribatına hansısa formada son qoymalıyıq”. (modern.az)

Paylaş: