Ça. Avq 20th, 2019

Ölkə rəhbəri Trampa görə 5 məmuru edam etdirdi

Şimali Koreyada yüksək vəzifəli məmurların güllələndiyi üzə çıxıb.

Bu barədə müstəqil “Chosun İlbo” qəzetinə istinadən “Bloomberg” bildirir.

Məlumata görə Şimali Koreyanın Dövlət Şurasının  ABŞ işləri üzrə xüsusi nümayəndəsi Kim Xek Çxol və daha dörd yüksək vəzifəli məmur mart ayında edam edilib. Qəzetin əldə etdiyi məlumata görə Şimali Koreya lideri Kim Çen In Kim Xek Çxol da daxil olmaqla bir neçə yüksək vəzifəli məmuru ABŞ prezidenti Donald Trampla uğursuz sammitdən sonra edam etdirib. Mənbə bildirir ki, Kim Çen Inın birinci müavini Kim Yen Çxol daha yüngül cəza alıb-onu katorqa işlərinə məhkum ediblər.

Xatırladaq ki, fevralın sonlarında Vyetnamın paytaxtı Hanoyda ABŞ və Şimali Koreya liderləri arasında ikinci sammit baş tutub. Lakin tərəflər yekun razılaşma əldə etmədən sammiti yarımçıq tərk ediblər.

Şimali Koreyada yüksək vəzifəli məmurların Kim Çen In tərəfindən ən qəddar metodlarla edam edilməsinə dair xəbərlər bundan əvvəl də yayılıb. Lakin bu xəbərlər bir çox hallarda özünü doğrultmayıb.

Paylaş: