Şb. Dek 14th, 2019

QMİ Azərbaycanda bayram namazının VAXTINI AÇIQLADI

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.
Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.
İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.

Paylaş: