Be. Avq 19th, 2019

Ramzan Kadırovun oğlu türk serialında çəkilib

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırov “Diriliş Ərtoğrul” serialında rol alıb.

Müsəlman ölkələrində də böyük populyarlıq qazanmış bu serial qədim türklərin şanlı tarixi və Osmanlı İmperiyasının yaradılmasından bəhs edir.

11 yaşlı Adəmin hansı rolu ifa edəcəyi barədə məlumat verilmir. Adəmin dayısı Turpal Əli İbarhimov bildirib ki, uşaq rolunun öhdəsindən bacarıqla gəlir və çox istedadlıdır.

Qeyd edək ki, Adəm Ramzan Kadırovun üçüncü oğludur. Kadırovun böyük qızı Ayşad “Firdaws” moda evinin direktorudur.   /oxu.az/

Paylaş: