Şb. Dek 14th, 2019

S-400-lər İrana niyə satılmır? – Peskovdan ilginc açıqlama

Rusiya İrana S-400 komplekslərini satmaqdan imtina edib.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Blumberq” yayıb. Məlumata görə, Rusiya bu addımı Yaxın Şərqdə daha böyük gərginliyin yaranma ehtimalının qarşısını almaq üçün atıb.

Qeyd edək ki, bundan öncə Rusiya İrana S-300 sistemlərini satmışdı.

***

Kremlin mətbuat katibi Dmitri Peskov ölkəsinin İrana S-400 kompleksləri satmağı rədd etməsi yönündə məlumata malik olmadığını bildirib.

O bildirib ki, bu kimi məlumatlar əhatəli şəkildə təsdiqlənməli və onlara təmkinli yanaşılmalıdır.   /Axar.az/

Paylaş: