Bz. Dek 15th, 2019

Tural Ağatlı da “Sputnik-Azərbaycan”dan getdi – YENİ İŞİ…

“Sputnik-Azərbaycan”dan daha bir gediş – Rusiyanın sözügedən agentliyinin Azərbaycan bürosunun redaktoru Tural Ağatlı qurumdan ayrıldığını bəyan edib.

Turkustan.info xəbər verir ki, T.Ağatlı bu barədə Facebookda yazıb.  O, istefası ilə bağlı mesajında yeni layihəyə başladığını da qeyd edib:  

  • Dostlar! Sputnik Azərbaycan İnformasiya Agentliyindəki işimdən ayrıldım.

Əsas gücü ilə fəaliyyətə başladığı (əslində təməl sayıldığı) 2016-cı ilin yanvarından formalaşmasında birbaşa iştirak etdiyim, o gündən bu günə Azərbaycan versiyası üzrə redaktoru olduğum bu agentliklə yollarımız ayrıldı.

Dostum, şef redaktorum Mətin Yaşaroğlu ilə çiyin-çiyinə verib ərsəyə gətirdiyimiz bu kollektivlə sağollaşdıq, kollektiv üzvlərinin əksəriyyəti ilə də halallaşdıq.

Ən qısa zamanda mümkün olan ən yüksək mərtəbəyə çatdırdığımız, adının daim İKİNCİ sözünü prioritet seçdiyimiz Sputnik Azərbaycan-dakı dostlarımıza bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.

Özümüzə gəlincə… Yeni layihəmizə başlayırıq. İnşallah, yaxın günlərdə hüzurunuza çıxacağıq – dualarınız və dəstəyinizlə.

Paylaş: