Bz. Dek 15th, 2019

Türkmənbaşı Medvedyevi öz “Volqa”sında gəzintiyə çıxardı – FOTO

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiyanın Baş naziri Dmitri Medvedevin arxasınca otelə “QAZ-21 Volqa” avtomobili ilə gələrək, onu Aşqabadda gəzintiyə çıxarıb.

TASS-ın məlumatına görə, qısa gəzintidən sonra siyasətçilər Prezident malikanəsinə gəliblər. Burada tərəflər arasında işgüzar səhər yeməyi baş tutub.

Qeyd edək ki, Medvedev mayın 30-da Türkmənistana səfər edib. Baş nazir burada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək. (virtualaz.org)

 

Paylaş: