Bz. Sen 22nd, 2019

Qəzəblənmiş bələdiyyə işçisi binaya girib 11 nəfəri güllələdi – Dəhşətli qətliam

ABŞ-ın Virciniya ştatının Vircinia Biç şəhərindəki hökumət binasında odlu silahla 11 nəfərin qətlə yetirildiyi xəbər verilir. İlkin məlumata görə adamlara nəyə görəsə incik düşmüş işçilərdən biri atəş açıb.

Polis mayın 31-də bildirib ki, silahlı hüquq-mühafizə əməkdaşları tərəfindən öldürülənədək daha 6 nəfəri yaralayıb. Polis rəisi Ceyms Cervera deyib ki, sözü gedən şəxs Vircinia Biç bələdiyyəsinin binasında kimə gəldi atəş açırdı.

Rəsmilərin dediyinə görə atəş açan şəxs uzun müddət bu binada təmizlik işlərinə baxan əməkdaş olub. Onun hərəkətinin təfərrüatlı motivləri bilinmir. Hadisə yerli vaxtla gündüz saat 16-da, işçilərin həftəsonu üçün evə getməyə hazırlaşdıqları vaxt baş verib.

Rəsmi məlumatda deyilir ki, FTB yerli hüquq-mühafizə orqanlarına kömək edir. Son vaxtlar ABŞ-da odlu silahla törədilən kütləvi qətliamların sayı artıb. Bir çox adamlar hökumətin şəxsi silahlara nəzarət qanununlarını sərtləşdirməsini istəyirlər.

Paylaş: