Bz. Sen 22nd, 2019

“Şəhid olan hər bir hərbçimizə görə düşmənin ən az 10 hərbçisi MƏHV EDİLMƏLİDİR!”

Tofiq Zülfüqarov: “Düşmən bilməlidir ki, bu cür addımlar ona çox baha başa oturacaq”
“Aqil Ömərovun şəhid edilməsi siyasi qətldir”

Azərbaycan ordusunun mayoru Aqil Ömərovun erməni snayperi tərəfindən şəhid edilməsi ölkəmizdə ciddi qəzəb və narahatlığa səbəb olub.

Bu qətl və onun arxasındakı səbəblər, habelə Azərbaycanın baş verənlər fonunda atması gərəkən addımalarla bağlı fikirlərini bilmək üçün sabiq XİN rəhbəri Tofiq Zülfüqarova müraciət etdik.

Tofiq bəy, Aqil Ömərovun şəhdi ediləsi ATƏT-in Minsk qrupu həmsdərlərinin bölgədə səfərdə olduğu bir vaxtda baş verdi. Sizcə bu cinayətin beynəlxalq təşkilat təmsilçilərinin regionda olduğu bir zamanda reallaşması həm də Ermənistanın ATƏT-in Minsk qrupuna qarşı etinadsızlığının, saymazlığının bir nümunəsi hesab edilə bilərmi?

-Mən bunu siyasi qətl adlandırıram. Mən belə hesab edirəm ki, bu qətli daxili siyasi maraqlara uyğun olaraq ya Qarabağ, ya da Paşinyan qruplaşmasına  yaxın radikallar törədib.

Minsk qrupunun hörmət və nüfuzu o qədər aşağıdır ki, onu ciddi qəbul etmirlər. Lakin əsas səbəb kimi daxili qarşıdurma amilini hesab edirəm. Çünki daxili qarşıdurmada yer alan qüvvələr maraqlıdır bir xarici düşmən formalaşsın, bütün diqqəti özünə yönəltsin. Buna görə də siyasi qətli törədiblər.

Demək belə çıxır ki, Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılan terror aktları bu gün də yenə dövlət səviyyəsində davam etməkdədir?

-Bəli. Qətl, terror Ermənistan siyasətinin əsas elementlərindən biridir. Əvəllər də ermənilər tərəfindən bu cür terror aktları törədilib. Onlar Amerikada məşhur bir keşişi qətlə yetirmişdilər. Çünki o, ermənilərə qarşı səsini qaldırmışdı. Xankəndində bu siyasətə dəstək verməyən ermənilərin bir neçəsini də öldürüblər. Ermənilərin qətlə yetitdiyi şəxslər arasında qadınlar da olub. Yadınızdadırsa, parlamentdə bu cür terror oldu. Seçkilərdən sonra da küçələrdə bu cür qətllər həyata keçirildi. Yəni qətl, terror ermənilərin adətidir. Bu qətllərdə siyasi məqsədlər mövcuddur.

Bəzi qüvvələr bu qətlin Ermənistan rəhbərliyinin siyasi iradəsinə qarşı gedən qüvvələr tərəfindən törədilə biləcəyini iddia edir və bu fikri onunla əsaslandırırlar ki, düşmən ölkədəki müəyyən qüvvələr Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil. Sizcə hərbçimizin Paşinyan və  ya Qarabağ klanı, yaxud onlara qarşı olan qüvvələr tərəfindən törədilməsinin Azərbaycan üçün hər hansı önəmi varmı? Bu məsələdə təsəlli axtarmaq, Paşinyanın bundan xəbərsiz ola biləcəyi fikrinə tapınmaq nə dərəcədə məntiqlidir?

-Mən bu hadisənin Paşinyandan, onun iradəsindən kənar törədilməsi fikrində deyiləm. Qarabağda bu günlərdə  terror qruplaşması yürüş keçirdi. Onlar Paşinyana yaxın olan radikal qruplardır. Paşinyan hakimiyyətə gələn kimi türmələrin qapısını açdı və onları azadlığa buraxdı. Baxmayaraq ki, onalr vaxtiylə polis zabitini öldürüblər və s. Yəni bu, Ermənistan hökuməti ilə terror qrupları arasındakı bağlılıqdan xəbər verir.

-Sizcə bu hadisə ilə əlaqədar olaraq Azərbaycan tərəfinin atmalı olduğu hansı addımalr var?

-Azərbaycan buna çox ciddi reaksiya verməlidir. Bu reaksiya ondan ibarət olmalıdır ki, düşmənin ən az ondan çox hərbçisini məhv etmək lazımdır. Onlar bilsinlər ki, bu cür addımlar atanda, bu, onlara oldquca baha başa oturacaq. Bunun başqa yolu yoxdur. Kiməsə nəyisə başa salmaq, humanizm prinsipindən yanaşmaq əbəsdir. Onlar açıq-aşkar Düşənbə razılaşmasını pozblar. Ona görə də onlara ciddi zərbə endirmək lazımdır. Bununla xəbərdarlıq etmək lazımdır ki, başınızı qaldırsanız, yenə vuracağıq. İsrail belə edir. Terror aktı baş verən kimi qarşı tərəfə ciddi zərbələr endirir. Bununla başa salır ki, ona qarşı çıxanı vuracaq. Təəssüflər olsun ki, indiki dünyada güc faktoru hələ də öz əhəmiyyətini itirməyib. (moderator.az)

Paylaş: