Bz. Avq 18th, 2019

Sabirin yaradıcılığına həsr olunan jurnal çapdan çıxıb

Bu gün Azərbaycan ədəbiyyatında satira janrının banisi Mirzə Ələkbər Sabirin doğum günüdür. M.Ə.Sabir 1862-ci ilin bu günü Şamaxı şəhərində anadan olub. 
Şairin nəvəsi Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli Moderator.az-a açıqlamasında bildirib ki, bu gün Şamaxıda bununla bağlı tədbir keçirilir:
“Biz indi Şamaxıdayıq. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin və Şamaxı İcra Hakimiyyətinin nümayəndələri də iştirak edir. Ziyalılar, aktyorlar, mədəniyyət işçiləri də var. Burda indi ənənəvi olaraq Sabir günlərinə həsr olunan tədbir keçirəcəyik. Məzarını ziyarət edəcəyik. Bizim hətta Türkiyədən də qonaqlarımız gəlib. Türkiyədə M.Ə.Sabirə həsr olunan “Təmrin” jurnalı çapdan çıxıb. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm. Siz həmişə belə günlərdə Sabir bəyi xatırlayırsınız”. 

Paylaş: