Şb. Noy 16th, 2019

Dinlərarası və mədəniyyətlərarası dialoq – davamlı inkişafın əsasıdır

Dini tolerantlıq mədəniyyətinin formalaşmasında mühüm rol oynayan amillərdən biri də dinlərarası dialoqun genişlənməsidir. Qeyd edək ki, hazırki qloballaşma dövründə dinlərarası dialoqun genişlənməsi həm nəzəri, həm də praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dinlərarası dialoq prosesində əvvəlcə müxtəlif dinlər arasında qarşılıqlı anlaşma yaranır, sonra isə birgə əməkdaşlığa doğru fəaliyyət birliyinə səy göstərilir.

Üçüncü minilliyin başlanğıcında bəşəriyyətin qarşısın- 112 da duran mühüm məsələlərdən biri sivilizasiyalar arasında yarana biləcək mümkün münaqişələrin qarşısının alınması, eyni zamanda dinlərarası və mədəniyyətlərarası dialoqun həyata keçirilməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, hazırda dinlərarası və mədəniyyətlərarası dialoq əvvəlki dövrlərlə müqayisədə daha çox aktuallıq kəsb edən qlobal problemlərdən biridir. Hazırki şəraitdə mədəniyyətlərarası dialoq zərurətinin əsas səbəblərindən biri planetdə kütləvi qırğın (nüvə və s.) silahlarının həcminin çoxalması, müxtəlif regionlarda terror hadisələrinin baş verməsi, planetdə qlobal ekoloji gərginliyin artması, təbii fəlakətlərin çoxalması və s. ilə şərtlənir. Bu baxımdan qeyd etmək lazımdır ki, müasir dövrdə sivilizasiyalar arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ehtiyaclarından birinə çevrilmişdir.

Məlumdur ki, ABŞ-da baş verən 2001-ci il 11 sentyabr hadisələrindən sonra dinlərarası və sivilizasiyalararası dialoq zərurəti daha da aktuallaşmış və bu istiqamətdə aparılan elmi-nəzəri tədqiqatların və əməli tədbirlərin dəyəri daha da mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Təsadüfi deyildir ki, XXI əsrin ilk ili – 2001-ci il BMT Baş Assambleyasıtərəϐindən «Sivilizasiyalararası dialoq ili» elan olunmuş və 2001-ci il 9 noyabr tarixdə BMT Baş Assambleyasında «Sivilizasiyalararası dialoq üçün qlobal gündəlik» adlanan qətnamə qəbul edilmişdir. Bunlar onu göstərir ki, qloballaşma dövründə sivilizasiyalararası dialoqun həyata keçirilməsi daha çox əhəmiyyət kəsb edir. Mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı respublikamızda son illərdə xeyli tədbirlər keçirilmiş, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilmişdir. Məsələn, Azərbaycanda bu cür tədbirlərin keçirilməsi Avropa mədəniyyəti ilə İslam ölkələrinin mədəniyyəti arasında respublikamızın körpü rolunu oynadığını göstərən faktlardır. İki sivilizasiya arasında mədəniyyətlərin və dinlərin dia- 113 loqunun təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu da getdikcə artmaqdadır. Son illərdə Azərbaycan Respublikası dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı bir çox beynəlxalq konfranslara ev sahibliyi etmişdir.

Bu tədbirlərdən biri 2006-cı ilin aprelində Bakıda keçirilən «Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü» adlı konfransıdır. Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən bu konfransda Latın Mədəniyyəti Akademiyasının böyük bir nümayəndə heyəti də iştirak etmişdir. Qeyd edək ki, Latın Mədəniyyəti Akademiyası (LMA) 2000-ci ildə latın mənşəli ölkələrin mədəni irsini qorumaq məqsədilə yaradılmışdır. Latın Mədəniyyət Akademiyası son illərdə «Latın dünyası və islam aləmi» mövzusunda konfranslar keçirməklə latın və islam sivilizasiyaları arasında dialoqun genişləndirilməsi sahəsində xeyli işlər görmüşdür. İndiyədək Latın Mədəniyyət Akademiyası – Tehran, İskəndəriyyə, İstanbul, Ankara və s. şəhərlərdə konfranslar keçirərək mədəniyyətlərarası dialoqa xidmət edən dəyərlərin araşdırılmasına diqqəti yönəltmişdir. Əsas məqsədlərdən biri – Qərb rasionalizmini islam mədəniyyəti ilə zənginləşdirmək və sivilizasiyalararası yarışda hegemonçuluğun qarşısını almaqdır. Latın Mədəniyyət Akademiyasının nümayəndə heyətini prezident İ.Əliyev qəbul etmişdir. Görüş zamanı ölkəmizin tarixi, mədəniyyəti, zəngin adət-ənənələri haqqinda qonaqlara geniş məlumat verən prezident İ.Əliyev, respublikamızda yaşayan xalqların sülh, dostluq və mehribançılıq şəraitində yaşadığını, dinlər və mədəniyyətlər arasında tolerantlığın hökm sürdüyünü bildirmişdir. Ölkəmizdə hökm sürən millətlərarası dostluqdan və dinlərarası anlaşmadan danışan prezident Azərbaycanın bu sahədəki təcrübəsinin dünyanın başqa ölkələrində bir örnək kimi öyrənilməsini xüsusi olaraq vurğulamışdır. Prezident qeyd etmişdir ki, dünyanın hazırki inkişaf mərhələsində si- 114 vilizasiyalar arasında dialoqdan çox danışılır. Lakin reallıqda bəzi hallarda biz təhlükəli meyillər: toqquşmalar, təcrid olma, münaqişələr və digər hallar görürük və bunları bəzən dini mənsubiyyətlə bağlayırlar. Bu çox təhlükəli meyllərdir. Çünki, bunun çox gözlənilməyən nəticələri olur. Mən hesab edirəm ki, dünyanın aparıcı intellektual dairələri – alimlər, qabaqcıl insanlar birgə yaşayış prinsiplərinin, dinlər, xalqlar, millətlər arasında anlaşmanın təşviq olunmasında müəyyən rol oynaya bilərlər.

Qeyd edək ki, konfransda çıxış edən Latın Mədəniyyət Akademiyasının baş katibi KandidoMendes Azərbaycanda mədəniyyətlərarası vəziyyətin yaxşı olduğunu vurğulamış və konfransa sədrlik edən H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək demişdir: «Böyük gələcək perspektivlərə malik bir ölkə kimi, Azərbaycan xüsusi diqqətə layiqdir. Siz sırf Avrasiya ölkəsi deyilsiniz. Siz bu iki geosiyasi xətlərin tarazlaşdırılmasını təmin edə biləcək bir ölkəsiniz. Məhz buna görə Latın Mədəniyyəti Akademiyası slavyanların, türklərin, digər Avrasiya millətlərinin arasında korpü yaratmağa çalışır…. Tarixin nə cür, nə məcrada inkişaf etməsinin məhz Azərbaycandan görünüşü bizim üçün vacibdir. Buna görə, qarşınızda baş əyirik və bu gözəl dialoqu məhz sizin ölkənizdə həyata keçirdiyimizə görə təşəkkürümüzü bildiririk.»(93) Aparılan müşahidələr göstərir ki, Azərbaycan Respublikası dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfəsini verməkdədir.

2008-ci il 2 dekabrda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin «Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqda müəyyən rol oynadığını göstərən faktdır. Bakıda keçirilən və 250-dən çox nümayəndəni əhatə edən 115 konfransda Avropa Şurasının üzvü olan ölkələrdən başqa, İslam ölkələrinin (İSESKO və ALESKO-nun) yüksək rütbəli rəsmiləri, müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarının təmsilçiləri o cümlədən, 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın rəhbəri iştirak etmişdir. (94) Konfransda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Avropa Şurasının sabiq Baş katibi TerriDevis, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, ALESKO-nun baş direktoru MondiBusnina, YUNESKO-nun Mədəniyyət siyasəti və beynəlxalq dialoq bölməsinin direktoru xanım KaterinaStenou, Avropa Şurasının beynəlxalq mədəniyyətlərarasıəlaqələndiricisi xanım QabriellaBatteni-Draqoni, BMT-nin sivilizasiyaların ittifaqı oϐisinin direktoru MarkŞuer və başqalarının çıxışları maraqla qarşılanmışdır. Qeyd edək ki, müzakirə olunan mövzuların mahiyyətinə, iştirakçıların tərkibi, əhatə olunan regionların miqyasına görə Bakıda keçirilən bu konfransı Avropa və İslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbir kimi dəyərləndirmək olar. Konfransda müzakirə olunan mövzular, əsasən, iki istiqaməti əhatə etmişdir. Bunlar aşağıdakılardan ibarətdir:

 – Mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq: müxtəlif mədəniyyətlərin idarə edilməsinə dair yeni konsepsiya;

– İrs və mədəniyyətlərarası dialoq: hamımız birgə milli irsdən dünyəvi irsə doğru;

 Bu mövzuları müzakirə edən konfrans iştirakçıları belə qərara gəlmişlər ki, millətlərarası dialoqa və regionların davamlı inkişafına təkan verən amillərdən biri millətlərin bütün dəyərlərini göstərən milli irsdir. Milli irsin qorunub saxlanılması isə hər bir millətin və xalqın prinsipial məsələsidir. Konfransda fəal iştirak edən Azərbaycan Respublikası- 116 nın prezidenti İlham Əliyev mədəniyyətlərarası dialoq, milli və dini tolerantlığın möhkəmlənməsində Azərbaycanın təcrübəsindən danışaraq demişdir: «Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə, millətlərarası münasibətlərə, milli və dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar,dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir. Şübhə etmirəm ki, konfrans zamanı bu barədə geniş söhbət açılacaqdır”.

Yazı Əqli Mülkiyyətçilərə Kömək İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” layihəsi çərçivəsində dərc olunur.

 

Paylaş: