Ça. Sen 17th, 2019

Əsəddən anlaşa bilməyən Ərdoğan və Putinə GÖZLƏNİLMƏZ CAVAB

Rusiya və Türkiyə arasında atəşkəs anlaşması ilə bağlı görüşlərin nəticəsiz qalmasından sonra hava əməliyyatlarına başlayan Suriya ordusu quru əməliyyatlarına da start verib.

Prezident Bəşər Əsədin başçılıq etdiyi ordu əməliyyatın ilk günündə İdlibin Kəsabiyə qəsəbəsini cihadçılardan geri alıb.

Hama və İdlib arasındakı qəsəbənin azad edilməsi ilə militanların əsas nəqliyyat dəhlizi də nəzarət altına alınıb.

Kəfr Nəbudə və Kəsabiyədə ağır itki verən Ən-Nüsra Cəbhəsi militanlarının Hama istiqamətində hərəkət etməyə başladığı bildirilib.

Əməliyyatlarda çoxlu sayda terrorçunun öldürüldüyü vurğulanıb. (teleqraf.com)

Paylaş: