Şb. Okt 19th, 2019

“Get fahişəlik elə, pul gətir dedi, öldürdüm” – 12 İL HƏBS ALAN VƏFA

Ərini qətlə yetirməkdə ittiham edilən Vəfa Orucovanın məhkəməsi bitib.
Turkustan.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun hökmü ilə V.Orucova 12 il müddətə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, ötən il noyabr ayının 24-də Bakı sakini Rövşən Musayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılıb və orada ölüb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.
Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O deyib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib. Bu səbəbdən ər və arvad arasında dəfələrlə mübahisə düşüb. V.Orucova deyib ki, mübahisə zamanı əri Rövşən Musayev ondan fahişəlik edib, pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.
İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Paylaş: