Ç. Sen 18th, 2019

Nazirlik Bakıda MEYİTİ TAPILAN sevgililər barədə MƏLUMAT YAYDI – FOTO

Daxili İşlər Nazirliyi Bakıda avtomobili dərəyə aşıran şəxs və onun sevgilisi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 3-də saat 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolun kənarındakı dərədə aşmış vəziyyətdə olan “Daewoo” markalı avtomobil və onun yanında kişi və qadın meyiti olması barədə DİN-in “102- Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması, V.Abbasovun idarə etdiyi “Daewoo” markalı avtomobili dərəyə aşırması nəticəsində onların ölməsi müəyyən edilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə vaxtı ölən şəxslər sevgili olub. V.Abbasov ailəli, 2 uşaq atası olub. Onun hadisədən əvvəl A.Əliyevanı bıçaqladığı, daha sonra isə maşını qəsdən dərədən aşağı atdığı bildirilir.

***

Bakıda itkin düşən şəxslərin meyiti tapılıb.

Bir neçə gün əvvəl itkin düşən Abbasov Vasif Əliyəddin oğlu və Əliyeva Aygün Hüseynağa qızının meyiti Yasamal rayonu Kənar dairəvi yolunda dərəyə aşmış avtomobildə aşkarlanıb. Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dərəyə yuvarlanmış avtomobildən çıxarılaraq təhvil verilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 2 uşaq atası olan Vasif Abbasov sevgi münasibətində olduğu Aygünü avtomobildə bıçaqlayıb, daha sonra isə o, maşını magistral yoldan dərəyə aşıraraq intihar edib. Hər iki şəxs hadisə yerində keçinib.

V.Abbasovun anası deyib ki, taksi sürücüsü kimi fəaliyyət göstərən oğlu iyunun 1-də ona zəng edərək Aygünü bıçaqladığını, Yasamal yolunun kənarında olduğunu bildirib. Rüstəm adlı şəxsin anasını həmin əraziyə gətirməsini xahiş edib.

Məlum olub ki, Vasif avtomobili icarəyə götürübmüş. O, son olaraq Yasamal ərazisində Kənar Dairəvi yolda qüllənin yaxınlığında kameralara düşüb. (publika.az)

Paylaş: