Ça. Sen 17th, 2019

Rusiya Trampın yalanını belə İFŞA ETDİ – FOTO

“Rusiya bizi adamlarının böyük bir qismini Venesueladan çəkdiyinə dair bilgiləndirib”.

Bunu İngiltərədə rəsmi səfərdə olan ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.

Kreml bu açıqlamaya dərhal reaksiya verib. Mətbuta katibi Dmitri Peskov Trampın açıqlamasını təkzib edib. Moskvanın məsələ ilə bağlı Trampla təmasda olmadığını və onun qəzetdə (Wall Street Journal – red.) yayımlanan bir xəbərə istinad etdiyini diqqətə çatdırıb.

Peskov qeyd edib ki, Rusiyanın hərbi heyəti rəsmi Moskva ilə Karakas arasındakı hərbi razılaşmaların şərtlərini yerinə yetirmək üçün Venesueladadır. Hər şey plana uyğun davam edir.

Qeyd edək ki, daha əvvəl “Wall Street Journal” (WSJ) qəzeti ABŞ Müdafiə Nazirliyinin bir rəsmisinə istinadən Rusiyanın Venesueladakı hərbi heyətini geri çağırdığını irəli sürmüşdü. Rusiyanın Karakasdakı səfiri Vladimir Zayemski isə iddiaları təkzib etmişdi. (publika.az)

Paylaş: