Ça. Noy 19th, 2019

Fəxri ad ala bilməyən məşhurlar -SİYAHI

İllərdir sənətdə can qoyurlar, amma heç bir fəxri ada layiq görülməyiblər. Onların çoxu bu gün televiziyalarımızda, dövlət tədbirlərimizdə və el şənliklərimizdə iştirak edirlər. Son zamanlar mədəniyyət xadimlərini fəxri adlara layiq görülməsi onları bir daha gündəmə gətirib. 
Beləliklə, bu günə kimi fəxri ada layiq görülməyən müğənnilər haqda yazını təqdim edirik. 
1. Əli Mirəliyev. Artıq 70 yaşın astanasında olan müğənni daha çox gənc müğənniləri tənqid etməklə məşğuldur. Bununla yanaşı, aparıcısı olduğu verilişdə yüngül hərəkətləri ilə tez-tez tənqid olunur. Amma Azərbaycan incəsənətində onun yaşda fəxri ad almayan ikinci bir adam tapmaq çox çətindir. 
2. Səyyad Əlizadə. O, artıq 60 yaşını tamam edib. Daha çox “Bəyaz gecələr” mahnısıyla məşhur olan müğənni hələ də fəxri ad ala bilməyib. Bununla bağlı mətbuata açıqlamasında bildirib ki, ona ad verilməməsinin səbəbini hələ də bilmir. S.Əlizadə bununla yanaşı, repertuarında son zamanlar hərbi-vətənpərvərlik mahnılarına daha çox yer verir. 
3. Müğənni Nadir Bayramlı da ad məsələsində həmyerlisi S.Əlizadənin taleyini yaşayır. Artıq Əlli yeddi yaşına keçən müğənni bu günə kimi fəxri ad almayıb. Bu haqda isə mediada indiyə kimi açıqlama verməyib. Öz sakit təbiəti ilə seçilən müğənni çox az-az efirlərdə görünür. 
4. Nadir Qafarzadə də ad məsələsində gileylənən müğənnidir. Onun artıq 48 yaşı var, efirlərdə isə tez-tez görünür. O, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin “Qırmızı Qərənfil” məktəblilər ansablında solist kimi fəaliyyət göstərib. “Qızıl Buta”, “İlin müğənisi” kimi mükafatlara layiq görülsə də, hələ ki, fəxri ad ala bilməyib. Sonuncu dəfə o, mətbuata açıqlamasında bununla bağlı öz narazılığını bildirib. 
5. Tacir Şahmalıoğlu. Məşhur “Bayatı şiraz” ifası ilə könülləri fəth edən müğənni bir neçə gün öncə üçüncü dəfə ata olub. Onun hazırda 54 yaşı var. Amma ad almaq məsələsində nədənsə geridə qalıb. 
Əslində fəxri ada layiq görülməyən müğənnilər kifayət qədərdir. Siyahını bir qədər də uzatmaq olar. 

Paylaş: