Şb. Noy 16th, 2019

Fermadan birlikdə yaşayan qadın və kişinin meyitləri tapıldı

Xaçmazda birlikdə yaşayan qadın və kişinin meyiti tapılıb. 

Turkustan.info bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə,  Qaradağlı  kəndi ərazisində yerləşən fermaların birində 2 meyit aşkarlanıb. Ölən şəxslər 53 yaşlı Cəlilov Mequb Telman oğlu və 50 yaşlı Ağamaliyeva Zümrüd Ağasultan qızıdır.   

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş: