C. Noy 15th, 2019

Rusiya keçən il Bakıya neçə PDM satıb?

Rusiya 2018-ci ildə Azərbaycan 40 PDM (piyadaların döyüş maşını) tədarük edib.

Bu barədə BMT-nin Konvensional Silahların Reyestri (UNROCA) məlumat yayıb.

Moskva həmçinin 2018-ci ildə Hindistana 1250 idarəolunan raket tədarük edib. UNROCA Hindistana verilən raketlərin tank əleyhinə olduğunu iddia edib. Bununla bərabər Moskva Dehliyə 80 ədəd səyyar zenit raket kompleksi də verib.

2018-ci ildə Moskva həmçinin Bəhreynə 264 səyyar zenit raket kompleksi, Vyetnama 64 tank və 2 zirehli döyüş maşını, Çinə isə 10 qırıcı və 72 idarə olunan raket satıb.(axar.az)

Paylaş: