C. Avq 23rd, 2019

“Erməni əsgəri Günəş işığına həsrətdir” – Elman Nəsirovdan yeni açıqlama

“Bu gün sosial şəbəkələrdə sözün həqiqi mənasında anarxiya hökm sürür. Saxta profillər adları altında qaragurhçu qüvvələr mənə və ayrı-ayrı tanınmış ictimi-siyasi xadimlərə, dövlət nümayəndələrinə qarşı qarayaxma kampaniyaları aparırlar. Hesab edirəm ki, onların hər biri erməni lobbisinin sifarişlərini yerinə yetirirlər”. 

Turkustan.info xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. 

O, qeyd edib ki, dəfələrlə həmin qaragurhçu qüvvələrin hədəfində olub: “Mənim səsləndirdiyim fikirləri tamamilə təhrif edərək, mənə qarşı təxribatlar həyata keçirirlər. Onlar mənim düşmən haqqında söylədiyim “əyilə-əyilə” ifadəsindən ölkəmizə qarşı kampaniya kimi istifadə edirlər. Bəli, mən söyləmişəm ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistana təkcə hərbi zərbə vurulmadı. Eyni zamanda erməni əsgərlərinin mənəvi və psixoloji vəziyyətinə ağır zərbə endirilib. Yəni, artıq erməni əsgərlərinin gözünün odu alınıb. Hətta, kadrlar da var. Həmin kadrlara baxsanız görərsiniz ki, aprel döyüşlərindən sonra erməni əsgəri səngərin küncünə yıxılıb qorxusundan ayağa qalxmaq istəmir. Erməni zabiti həmin əsgərə əmr versə belə, o, yenə səngərdə ayağa qalxmaqdan qorxur. Kadrlardan da açıq görünür ki, erməni əsgəri ayağa qalxmaq taqətində deyil. Əgər kim istəsə, mən həmin kadrları onlara təqdim edə bilərəm”. 

Deputat deyib ki, Azərbaycan ordusu 2016-cı ilin aprel döyüşləri zamanı erməni əsgərlərinə sarsıdıcı mənəvi-psixoloji zərbələr vurub:

“Bunun nəticəsində indi erməni əsgərlərinin psixoloji durumu dəyişib. Onlar özlərindən asılı olmadan hərbi tapşırığı yerinə yetirməkdən boyun qaçırırlar və böyük qorxu hissi altındadırlar. Mən də həmin zaman söylədim ki, erməni əsgərləri qorxudan səngərdə əyilə-əyilə gəzirlər. Bilirsiniz, müasir səngərlər çox dərin qazıldığı üçün orada əsgərlər əyilmədən də rahat gəzə bilirlər. Klassik səngərlərdə isə əsgərlər əyilə-əyilə gəzirlər. Mənim sözümün mənası o idi ki, aprel döyüşlərindən sonra erməni əsgərləri böyük qorxu yaşayıb, qorxusundan ayaq üstə qalxa bilmir. Erməni əsgəri qorxudan düşünür ki, səngərdə belə o, ayaq üstə qalxan zaman Azərbaycan əsgəri onu məhv edəcək. Mən belə demişəm. İndi qanından azərbaycanlı qanı axan hər bir Azərbaycan vətəndaşı mənim bu fikirlərimə sevinməlidir. Yəni, erməni əsgəri əyilə-əyilə gəzir, Günəş işığına həsrətdir. Çünki onun qarşısında güclü Azərbaycan əsgəri var. Aprel döyüşləri də bunu bir daha təsdiqlədi”. 

Elman Nəsirov qeyd edib ki, onun “əyilə-əyilə” kimi söylədiyi fikirlərdən indi Azərbaycana qarşı şou kampaniyası yaratmaq istəyən q üvvələr var:

“Bəzən yazırlar ki, paşinyan Qarabağa əyilə-əyilə gəldi və sairə. Bununla da həmin qüvvələr sanki sevinirlər ki, erməni əsgəri səngərdə dik gəzsin, Azərbaycan torpaqlarında qorxmadan dolaşsın və sairə. Mənim bu cür insanlara yazığım gəlir. Doğrudan da onlar zavallı insanlardır”.

Paylaş: