Ça. Sen 17th, 2019

Nazarbayev istefaya getməsinin səbəblərini açıqladı

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev prezident kreslosundan imtina etməsinin səbəblərini açıqlayıb.

Turkustan.info RİA Novosti-yə istinadən xəbər verir ki, o, müvafiq qərarı ölkədəki sabitlik naminə qəbul etdiyini bildirib.

Nazarbayev istefa bəyanatını verməkdən öncə ciddi götür-qoy etdiyini etiraf edib.

Sabiq prezident qeyd edib ki, bu qərarın məqsədlərindən biri də son 30 ildə əldə olunan nailiyyətləri qoruyub saxlamaqdır.

Paylaş: