Be. Sen 23rd, 2019

Polis Zəhra Bağırzadəni oğurlayan şəxsi saxlayıb – VİDEO

Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub.

Turkustan.info-nun Report-a istinadən məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.

*** 13:34

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi Elşad Hacızadə məlumat verib.

Hazırda hadisənin təfərrüatı öyrənilir.

*** 12:33

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırzadənin axtarışlarını intensiv şəkildə davam etdirir.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən məlumat verilib.

Z.Bağırzadəni görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto – kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin polisun araşdırması nəticəsində həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.

 

Paylaş: