Ça. Okt 15th, 2019

Seçildiyindən 27 il ötür… Prezident Elçibəy FOTOLARDA

Bu gün çağdaş Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür.

Turkustan.info xəbər verir ki, 7 iyun 1992-ci ildə keçirilən prezident seçkisində Azərbaycan Xalq Cəbhəsinin namizədi Əbülfəz Elçibəy seçicilərin 59,4 faizinin səsini qazanaraq qalib gəlib.

Prezident seçkisində 5 namizəd iştirak edirdi. Bu seçki rəsmi göstəricilər baxımından Azərbaycan tarixinin ən gərgin siyasi yarışması kimi yadda qaldı. Belə ki, Elçibəyin rəqibi Nizami Süleymanov səslərin 33 fazini əldə etmişdi.

1992-ci ildə seçici fəallığı 76,3 faiz təşkil edirdi. Əbülfəz Elçibəyin prezidenlik dönəmini əks etdirən fotoları təqdim edirik:

 

Paylaş: