C. Avq 23rd, 2019

ABŞ Türkmənistanı inandırsa, Rusiya Aşqabad batan kimi BATACAQ…

ABŞ yaxın vaxtlarda Cənubi Qafqazda möhkəmlənəcək və buradan da Orta Asiya respublikalarına keçəcək.

Turkustan.info bildirir ki, sabiq dövlət müşaviri Qabil Hüseynli Redaktor.az-a açıqlamasında ABŞ-ın Cənubi Qafqaz siyasətinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, ABŞ Rusiyanı həlqə kimi mühasirəyə almaq istəyir:

“Bu planını həyata keçirməyə Cənubi Qafqazdan başlamaq niyyətindədir. Artıq Gürcüstanla proses başa çatıb. Ermənistanla prosesin baş tutacağı sual altındadır. ABŞ bölgənin lider dövləti olan Azərbaycanla münasibətləri daha da genişləndirmək niyyətindədir. Rəsmi Vaşinqton Azərbaycanın reallaşdırdığı bir sıra beynəlxalq layihələrə Orta Asiya respublikalarını qoşmaqla bu regionda Rusiyanın təsirini azaltmaq istəyir”.

Q.Hüseynli vurğulayıb ki, bunun reallaşması üçün neft və qaz faktoru önəmli rol oynayır:

“Artıq Qazaxıstan Azərbaycanın reallaşdırdığı TANAP layihəsinə qoşulacağı ilə bağlı kifayət qədər pozitiv bəyanatlar səsləndirir. Türkmənistanla da bu istiqamətdə danışıqlar davam etdirilir. Rəsmi Aşqabad hələ ki, Azərbaycanın dəmiryol dəhlizinə, eləcə də şose yolları ilə İpək Yolu layihəsinə qoşulmaq niyyətində olduğunu açıq-aşkar bəyan edib. Amma ABŞ və Azərbaycan üçün ən önəmlisi Türkmənistanın TANAP layihəsinə qoşulmasıdır. Bu istiqamətdə ABŞ dəfələrlə çağırışlar edib. Türkiyə də Türkmənistan rəhbərliyi ilə aparılan danışıqlarda bu məsələni gündəmə gətirib. Bu istiqamətdə də pozitiv irəliləyişlər olduğunu söyləmək mümkündür. Əgər Aşqabad TANAP layihəsinə qoşulsa, Özbəkistan da qoşulacaq. Türkmənistanın bu layihəyə qoşulmaqda tərəddüd etməsinin səbəbi, Rusiyadan olan təzyiqlərlə izah olunur. Rusiya da bu məsələdə fəallaşıb və türkmən qazını almaqla bağlı yeni müqavilə imzalayıb. Ancaq diversifikasiya məsələsini də nəzərə alsaq, Avropaya göndəriləcək türkmən qazı Türkmınistana daha böyük dividentlər gətirə bilər. Çünki Rusiya Türkmənistandan min kubmetr qazı 120-150 dollara alıb, Avropa ölkələrinə daha baha satır. Məsələn, Avstriyaya qaz 450 dollars satılır. Amma Türkmənistan TANAP layihəsinə qoşulsa, tranzit xərclərini çıxdıqdan sonra 300 dollara qədər əlavə gəlir əldə edəcək. Bu istiqamətdə aparılan ciddi lobbiçilik fəaliyyətləri vəziyyəti dəyişməkdədir”.

Q.Hüseynli bildirib ki, ABŞ-ın Cənubi Qafqazla bağlı maraqları strateji xarakter daşıyır:

“Bu, getdikcə strateji tərəfdaşlıq əlamətlərini də özündə ehtiva edir. ABŞ və Azərbaycanın münasibətlərinin gələcəkdə daha yüksək səviyyəyə qalxacağını proqnozlaşdlrmaq olar. Doğrudur, bu, Rusiyanın Azərbaycana təzyiq və təlqinlərinin artmasına səbəb ola bilər. Amma Azərbaycan siyasi rəhbərliyi müstəqil xarici siyasət yürüdür və siyasi iradə ortaya qoymağı bacarır”.

 

Paylaş: