C. Noy 15th, 2019

İran kəşfiyyatı azərbaycanlı fəalı OĞURLADI – MÜƏMMA

Ötən günlərdə Rəşt şəhərində yoxa çıxan güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikrudan xəbər yoxdur.

İranın hüquq-mühafizə orqanları fəalın harada saxlanılması barədə məlumat verməkdən imtina edir.

Məlumata görə, Yaşar Nikru İran kəşfiyyatının ardıcıl təhdidlərindən sonra saxlanılıb.

Milli fəala mayın 22-də bir neçə dəfə zəng edilib, fəal şübhəli zənglərdən sonra yaxınlarına saxlanıla biləcəyi barədə məlumat verib.

Artıq 2 həftədən çoxdur ki, fəaldan heç bir xəbər yoxdur. Yaxınları bildirir ki, İranın kəşfiyyat qurumu tərəfindən tutulub, lakin kimsə harada saxlandığını bilmir. (teleqraf.com)

Paylaş: