Ça. Avq 20th, 2019

Londonda ermənilərin Azərbaycana qarşı növbəti təxribatı – FOTOLAR

28 may – 5 iyun tarixlərində Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı qaldırılıb.

Turkustan.info xəbər verir ki,  bu barədə məlumat və fotolar seperatçı rejimin nəzarətində olan KİV-lərdə yayılıb.

Yayılan məlumatda bildirilir ki, 25 ölkədən 300 idmançının iştirak etdiyi beynəlxalq turnirdə “Artsax respublikasını” təmsil edən Vladimir Qalinski və Hayk Avanesyan adlı idmançılar birinci yerı sahib olublar. 
 
Məlumat üçün bildirək ki, seperatçı rejimin bayrağının beynəlxalq turnirlərdə müydana çıxarılması beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş açıq təxribatdır. 

Xatırlayırsınızsa, ötən ilin oktyanr ayında Beynəlxalq Sambo Federasiyası tərəfindən Mərakeşin Kasablanka şəhərində veteran samboçular arasında keçirilən dünya çempionatında da qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı qaldırılıb. 

Onu da qeyd edək ki, qeyd etdiyimiz hər iki tədbirdə Azərbaycana qarşı yönəlmiş bu təxribata nə Xarici İşlər Nazirliyi, nə də müfaviq idman qurumlarımız münasibət bildirilməyib.

/Yeniavaz.com/

Paylaş: