Ca. Avq 22nd, 2019

Məşhur türk futbolçu toyundan əvvəl 1000 uşağın əməliyyat xərcini üzərinə götürdü – Özildən ibrətamiz addım

İngiltərənin “Arsenal” futbol komandasının yarımmüdafiəçisi, məşhur türk futbolçu Məsut Özillə 2014-cü ilin Türkiyə gözəli Əminə Gülşənin bu axşam İstanbulda toy mərasimidir.

Dünən cütlüyün xınayaxdı mərasimi də keçirilib. Xına gecəsində yaxın dostları onları tək buraxmayıb. Məclisdə duyğusal anlar yaşanıb. Belə ki, Məsut Özil və nişanlısı Əminə Gülşə xınayaxdı keçirilən salona “Ölürüm Türkiyem” mahnısının sədaları altında giriblər.

Qeyd edək ki, Özil toyqabağı nümunəvi addımla diqqət çəkib. Belə ki, o, “Kızılay”a müraciət edərək, Türkiyə və Suriyada maddi durumu ağır olan 16 min adama toy ziyafəti verib.

Bundan başqa Məsut özünün feysbuk səhifəsində izləyicilərinə çatdırıb ki, o Əminə ilə birgə ehtiyacı olan 1000 uşağın əməliyyat xərclərini ödəyəcəklər. “Dünyadakı uşaqlara kömək etmək istəyirik”, – deyə məşhur futbolçu bildirib. Türkiyə mətbuatının yaydığı məlumata görə, bu gecə İstanbulda otellərdən birində baş tutacaq toy mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağı da gözlənilir. (moderator.az)

Paylaş: