Ça. Sen 17th, 2019

Paşinyan Putindən “nə isə balaca şey” almaq istəyib

MOSCOW, RUSSIA Ц SEPTEMBER 8, 2018: Armenia's Prime Minister Nikol Pashinyan (L) and Russia's President Vladimir Putin during a meeting at the Moscow Kremlin. Mikhail Metzel/TASS –осси€. ћосква. ѕремьер-министр јрмении Ќикол ѕашин€н и президент –оссии ¬ладимир ѕутин (слева направо) во врем€ встречи в  ремле. ћихаил ћетцель/“ј——

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Rusiya prezidenti Vladimir Putinlə Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində baş tutan görüşdə tərəflər yeni silahların tədarükü məsələsini müzakirə edib.

Bununla bağlı RİA Novosti məlumat yayıb. 

Onun sözlərinə görə, Yerevan və Moskvada artıq “hansısa razılıqlar” var.

O, xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın yaxşı vəziyyətinə diqqət çəkib və iki ölkə arasında bu sənaye sahəsində əlaqələrin bərabər inkişaf etdiyini bildirib.

Jurnalistlərin yeni “İsgəndər-M” raketlərinin Ermənistana tədarükü ilə bağlı sualını cavablandıran Paşinyan deyib ki, respublikada bu komplekslər kifayət qədərdir. 

“Ancaq biz başqa şeyə ümid edirik. Daha balaca”, – o deyib.  

Mayın əvvəlində məlum olub ki, Ermənistan Rusiyadan modernləşdirilmiş Su-30SM qırıcılarını almağa başlayıb. Ermənistan Baş naziri o zaman deyib ki, təyyarələrin tədarükü hər kəsə məlum faktdır, ancaq o, alınan digər silahlarla bağlı heç bir məlumat verməyib. 

Fevralda ölkənin Müdafiə naziri David Tonoyan bəyan edib ki, 100 milyon dollarlıq kredit reallaşdıqdan sonra Ermənistan yeni silahlar almaq üçün Rusiyadan növbəti kredit almaq niyyətindədir. Bu kredit 2017-ci ildə üç il müddətinə verilib və Ermənistan bu borcu 2022-ci ilədək ödəməlidir. (oxu.az)

Paylaş: