Be. Sen 23rd, 2019

Putin gənclərə Quran oxumağı tövsiyə etdi

“Uşaqların İncil, Quran və Tövrat kitablarını oxumaları onlar üçün faydalıdır”

Turkustan.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çivəsində dünyanın böyük informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Qoy, İncil oxusunlar, bu istənilən halda onların xeyrinədir. Tövrat, Quran oxusunlar. Bütün bunlar qızlar və oğlanların xeyrinədir. Çünki bütün dünya dinlərinin humanist başlanğıcları vardır. Biz onlara inanıb, onları izləsək, dünya daha yaxşı olar”, – deyə Putin vurğulayıb.

Rusiya Prezidenti qeyd edib ki, bu kitablar humanizmə əsaslanır və orada yazılan qaydalara riayət etsək, dünya daha yaxşı, sakit və sabit olar.  /Azxeber.com/

Paylaş: