Be. Sen 23rd, 2019

Maria Zaxarova erməniləri qəzəbləndirdi – FOTOFAKT

usiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maria Zaxarovanın “Facebook” səhifəsində yazdığı cümlə erməniləri narahat edib.
Turkustan.info xəbər verir ki, Maria Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Sankt-Peterburq Beynəlxalq Forumunun plenar iclasında etdiyi çıxışdan bir ifadəni “Facebook” səhifəsində paylaşıb və bu zaman Paşinyanın adının qarşısında “Ermənistanın Baş naziri” qeyd olunmayıb.
Ermənistan mətbuatında və sosial şəbəkələrdə Zaxarovun bu cür paylaşım etməsi qəzəblə qarşılanıb. Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri “Zaxarova xatırladaq ki, Paşinyan Ermənistanın Baş naziridir” başlıqlı etirazlar yayıb.
Məlumat üçün bildirək ki, Maria Zaxarovanın “Facebook” səhifəsində ifadə bu cür olub: “Paşinyan Sankt-Peterburq Forumunda: Əgər hər kəs narazıdırsa, elə etmək lazımdır ki, hər kəs razı olsun”.

/Yeniavaz.com/ 

Paylaş: