Be. Sen 16th, 2019

İdmançımız ermənini darmadağın etdi

Rusiyanın paytaxtı Moskvada kikboksinqin K1 növü üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib.

Turkustan.info-nun məlumatına görə, yarışda Azərbaycanı Ramazan Abdullayev təmsil edib.

57 kq çəki dərəcəsində çıxış edən idmançımız erməni David Qriqoryanla qarşılaşıb. Döyüşün bütün raundlarında rəqibindən üstün olan R. Abdullayev 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

R.Abdullayev açıqlamasında erməni rəqibi üzərində qələbə çaldığına görə çox sevindiyini, xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını qaldırması ilə fəxr etdiyini bildirib.  /APA/

Paylaş: