Ç. Okt 23rd, 2019

Prezident Əliyev Qazaxıstanın yeni liderinə: “Münasibətlərimiz ortaq tarixi, milli-mənəvi köklərimizdən qaynaqlanır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.

Turkustan.info AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı məktubda Azərbaycan-Qazaxıstan münasibətlərinin xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlandığını qeyd edib. “İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik”,- deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Kasım-Jomart Tokayevə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

Paylaş: