Ca. Noy 14th, 2019

Qloballaşma dövründə mədəniyyətlərarası və dinlərarası dialoq davamlı inkişafın əsasıdır

Ötən illər ərzində Azərbaycan mədəniyyətinin tətbiqi, təşviqi, qorunması və elmi tədqiqatların inkişafı, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Məsələn buna misal olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi yaradılmış, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Kulturoloqların Milli Forumları, «Turizm-mədəniyyətlərarası dialoqu təmin edən amil kimi» kimi adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı, «Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı beynəlxalq təlim, Moskva şəhərində Rusiya Kulturologiya İnstitutu ilə birgə «Müasir kulturologiya: nəzəriyyədən təcrübəyə» mövzusunda beynəlxalq elmi konfrans təşkil edilmişdir. Eyni zamanda «Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər” adlı ümumrespublika elmi məqalələr müsabiqəsi keçirilmiş, respublikanın tanınmış alimlərinin iştirakı ilə kulturologiya üzrə açıq mühazirələr, respublikanın şəhər və rayonlarında «Milli mədəniyyət və müasir mədəniyyət siyasəti» mövzusunda açıq seminarlar təşkil edilmiş, elmi məqalələr toplusu nəşr edilmişdir.

Son illər ərzində uşaq musiqi məktəbi, incəsənət və rəssamlıq məktəblərinin, Bakı Xoreoqraϐiya Məktəbinin şagird və tələbələri Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, 127 Belçika, Bolqarıstan, Böyük Britaniya, Estoniya, Fransa, Gürcüstan, Qazağıstan, Qırğızıstan, Litva, Mərakeş, Misir, Niderland, Özbəkistan, Polşa, Rusiya, Suriya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya, Yunanıstan və s. ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə – festival, müsabiqə və sərgilərdə uğurla iştirak etmişlər. Azərbaycan Respublikasının prezidenti tərəϐindən «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə» 20 aprel 2007-ci il tarixli, «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə 6 oktyabr 2008-ci il tarixli sərəncamlar imzalanmışdır. Nazirliyin layihəsi əsasında, «Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)» ikicildlik kitabın elektron versiyası hazırlanmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO-nun xoşməramlı səϐiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işləri əks etdirən «Культура и культурныешедеврыАзербайджана – уникальноепосланиебудущимпоколениям» kitabı nəşr edilmiş, kitabın elektron versiyası hazırlanmışdır. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması istiqamətində həyata keçirilən islahatların davamı olaraq, nazirlik tərəϐindən «2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları» proqramı təsdiq edilmişdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folkor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliϐlərmüvaϐiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınaraq təhlil edilmiş və 2010-cu il üçün Gəncə – Azərbaycanın Əfsanələr Paytaxtı, Şəki – Azərbaycanın Sənətkarlıq Paytaxtı və Qazax – Azərbaycanın Folkor Paytaxtı elan olunmuşdur. Hazırda «2011-2020-ci illərdə Azərbaycan qeyri-mad- 128 di mədəni irsinin qorunmasına dair Dövlət Proqramı», «Azərbaycanın qeyri-maddi-mədəni irs konsepsiyası», və s. sahələrə həsr olunmuş veb-portalın yaradılması, digər konseptual proqram və layihələr üzərində işlər davam etdirilir. Azərbaycan Respublikasının mədəniyyət diplomatiyası beynəlxalq səviyyədə böyük uğurlar qazanmışdır. Məsələn, Avropa Şurasının Mədəni Marşurutlar Proqramı çərçivəsində «Aleksandr Düma Qafqazda» və «Şərab Yolu» («VineRoots») layihələri həyata keçirilir. «Avropada mədəniyyət siyasəti: əsas təmayüllər və faktların Kompendiumu» beynəlxalq layihəsi çərçivəsində Avropa Şurasının və Mədəniyyət siyasəti üzrə Müqayisəli Tədqiqatlar İnstitutunun (Bonn) birgə veb-saytında yerləşdirmək məqsədilə Azərbaycanın mədəniyyət siyasəti üzrə məruzə hazırlanmışdır.

 2009-cu ilin noyabr ayında Azərbaycan YUNESKO-nun «Mədəni Özünüifadə Müxtəliϐliyinin Qorunması və Təşviqinə dair Konvensiyası»na qoşulmuş və o, 2010-cu il 15 may tarixindən Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minmişdir. Bununla da ölkəmiz bu təşkilat çərçivəsində mədəniyyət və turizm sahəsində həyata keçirilən layihələrdə iştirak imkanlarını genişləndirmişdir. Konvensiya çərçivəsində ölkəmizdə «Mədəni müxtəliϐliyimiz mədəni vəhdətimizdir» layihəsi həyata keçirilmişdir. Respublikamızda mədəniyyətlə və dinlə bağlı keçirilən beynəlxalq tədbirlər mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı elmi tədqiqatları zəruri etmişdir. Bu baxımdan buna misal olaraq, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnistitutunun «Dinşünaslıq və mədəniyyətin fəlsəϐi problemləri» şöbəsində aparılan elmi-tədqiqat işlərində əsas elmi istiqamətlərdən biri də dinlərarası və mədəniyyətlərarası dialoqdur. Bu sahədə aparılan tədqiqatlar aşağıdakı elmi istiqamətləri əhatə edir: 1.Müstəqil Azərbaycanda dini tolerantlıq mədəniyyəti- 129 nin inkişafında Heydər Əliyevin rolu; 2.Qloballaşma dövründə mədəniyyətlərarası və dinlərarası dialoq davamlı inkişafın əsasıdır;

3.İslam mədəniyyəti və Qərb mədəniyyəti, elm və incəsənət sahəsində onların qarşılıqlı təsiri və fərqli cəhətləri;

4.Müasir dövrdə dialoq mədəniyyətinin özəllikləri;

5.Azərbaycanda dini tolerantlıq mədəniyyətinin sosial-fəlsəϐi mahiyyəti;

6.Qlobalaşma və müasir Azərbaycan mədəniyyətinin spesiϐik xüsusiyyətləri;

7.Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasi (sosial-fəlsəϐi təhlil);

8. Mədəniyyətin formalaşmasında dini dəyərlərin rolu.

Mədəniyyətlərarsı dialoqla bağlı keçirilən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olunan inkişaf modelləri ətrafında ϐikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir.

Yazı Əqli Mülkiyyətçilərə Kömək İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” layihəsi çərçivəsində dərc olunur.

 

Paylaş: