Ça. Okt 22nd, 2019

Sumqayıt şəhər bulvarında mədəniyyət müəssisələrinin kollektivlərinin birgə konserti keçirilib

Yay-istirahət mövsümünün başlanması ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhər əhalisinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə mədəniyyət müəssisələrinin konsert proqramlarına start verilib.

Sumqayıt şəhər bulvarının konsert meydançasında təşkil olunan açılış konsertində  Sumqayıtın klub müəssisələrinin özfəaliyyət kollektivləri çıxış edib.

Konsertdə C.Cabbarlı adına mədəniyyət evinin “Turan”, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs ansambllarının ifasında rəqs nömrələri izlənilib, “28 may” Diyarşünaslıq evinin, Şəhər Mədəniyyət Evinin, C.Cabbarlı və “Dostluq” mədəniyyət evlərinin, “Gənclik” və 6 saylı şəhər klublarının gənc solistlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri, xalq və bəstəkar mahnıları  dinlənilib.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, konsertlər hər həftənin şənbə və bazar günləri keçiriləcək.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

Paylaş: