Ça. Okt 22nd, 2019

Xırdalanda “Sazımızın qüdrəti, sözümüzün hikməti” konserti keçirilib

Xırdalandakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə aşıq sənətinin inkişafına həsr olunan “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı konsert proqramı təqdim edilib.

Turkustan.info xəbər verir ki, konsertdə milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında görülən genişmiqyaslı işlərdən söz açılıb. Qeyd edilib ki, Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün xalqımızın ürəyində yaşayır.

Tədbirdə Xırdalan, Ceyranbatan, Mehdiabad musiqi məktəblərinin və Rayon Mədəniyyət Mərkəzinin aşıqları çıxış edərək, saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirib, ustadın yazdığı əsərləri, bir-birindən zəngin saz havaları ifa edərək, tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.

Paylaş: