Ca. Sen 19th, 2019

Bakıda maşın ikiyə bölündü, sürücü sağ qaldı – ŞOK VİDEO

Bakının Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

Qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Ələt qəsəbəsində qeydə alınan qəzada yüksək sürətlə hərəkətdə olan “Lada Priora” markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib və maşın işıq dirəyinə, daha sonra yol kənarındakı dayanacağa çırpılıb. 

Zərbənin təsirindən avtomobil ikiyə bölünüb. Qəza zamanı sürücünün xəsarət alaraq, xəstəxanaya çatdırıldığı bildirilir.(oxu.az)

 

Paylaş: