Ça. Mar 31st, 2020

“İrəli” təmsilçiləri beynəlxalq layihədə

“The Wonderful Wizards of Youth Work” Youth for Exchange and Understanding beynəlxalq təşkilatının təşkilatçılığı və Avropa Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən uzunmüddətli layihənin 2-ci görüşü Novi Sad, Serbiyada start götürüb. 

Layihənin əsas məqsədi gənclərlə iş sahəsində, həmçinin qeyri-formal təhsildə yeni metod və üsulların öyrənilməsi və üzv təşkilatlarda tətbiqinin təbliğ olunmasıdır. İrəli İctimai Birliyi yerli səviyyədə gənclərlə iş, qeyri-formal təhsil metodlarının inkişaf etdirməklə yanaşı, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarına geniş yer ayırır. Layihədə “İrəli” İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı və Beynəlxalq Əlaqələr üzrə katib Diana Seyidova iştirak edirlər. Qeyd edək ki, Layihə üç beynəlxalq fəaliyyətdən ibarətdir: “Follow the Quality Youth Work Road” adlanan 1-ci mərhələ 12-19 aprel tarixlərində Belçikanın paytaxtı Bürüssel şəhərində keçirilib. Bu mərhələdə gənclər sahəsində çalışanlar qeyri-formal təhsilin keyfiyyətinin artırılması və gənclərin ümumi iş prosesi haqqında müzakirələr aparıblar. 

Hazırda layihənin 2-ci mərhələsi davam edir. Sonuncu mərhələ isə 15-22 sentyabr tarixlərində İspaniyanın Mollina şəhərində Gənclər və İnkişaf üzrə Universitetdə (the University on Youth and Development) təşkil olunacaq.

Paylaş:

mersin escort bayan mersin escort