Be. Sen 16th, 2019

Kəmaləddin Heydərov sözçüsünü işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub. 
Məlumata görə, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər:

“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə – mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.

Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu. (modern.az)

Paylaş: